"Əvvəllər də söyləmişəm, AMEA ləğv olunmalı, onun bazasında bir neçə müasir universitet yaradılmalıdır. Elmin inkişaf etdiyi ölkələrdə bütün elmi naliyyətlər, kəşflər universitetlərdə əldə olunur".
AZİNFORM.AZ xalqcebhesi-nə istinadla xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
"Çox istərdim ki, Prezident Azərbaycanda, Xankəndi və Xocalı da daxil olmaqla yeni universitetlərin açılması barədə sərəncam imzalasın və Ağdama növbəti səfəri zamanı ilk universitetin təməl daşanı qoysun. Elmə və təhsilə ayrılan vəsait dəfələrlə artırılsın".