Azərbaycanlı aparıcı HƏMAS liderlərini qınadı, Türkiyədə gündəm oldu - VİDEO
11-10-2023, 22:43

HƏMAS liderlərinin namaz qılan görüntüləri HƏMAS-ın şənbə günü İsrailə qarşı hücumlarının elə əvvəlində gündəmə gəlib. Azərbaycanda yayımlanan bir televiziya kanalında sözügedən görüntülərə reaksiya verən aparıcı, "Onlar televiziyada İsrailə edilən hücumlara baxıb səcdə edirlər. Əgər bu dindirsə, deməli, insan deyillər" deyib.

Qəzzəyə nəzarət edən HƏMAS-ın silahlı qanadı kimi tanınan Qəssam Briqadalarının rəhbərlik etdiyi 12 Fələstin təşkilatı şənbə günü İsrailə qanlı hücum həyata keçirib. Sözügedən əməliyyat İsraildə şok effekti yaratsa da, çox sayda mülki vətəndaşın həyatını itirdiyi, çoxunun qaçırıldığı görüldü. 

Hücumdan sonra İsrail Qəzzaya qarşı hava əməliyyatına başlayıb və bir çox yaşayış məntəqəsi bombaların hədəfinə çevrilib.

Bölgədə gərginlik artarkən; HƏMAS liderlərinin İsrailə hücumunun düz əvvəlində şükür namazı qıldığı anlar diqqət çəkib.

Azərbaycanda yayımlanan televiziya kanalının aparıcısı sosial şəbəkədə yayılan görüntülərə sərt reaksiya verib.

Görüntüləri tənqid edən aparıcı "Televizorda İsrailə hücumları, günahsız insanların qətliamını izləyib səcdəyə gedirlər. Əgər bu dindirsə, deməli, insan deyillər" varlıqlar."



Azerbaycanlı sunucu isyan etti AZİNFORM.AZ



up