İsrailli general alt paltarında ƏSİR GÖTÜRÜLDÜ - FOTO
7-10-2023, 17:36

Qəzza zolağına yaxın yaşayış məntəqələrinə qəfil basqınlar təşkil edən Həmas briqadaları İsrail Quru Qoşunlarının Cənub Sahə Komandanı general-mayor Nimrod Aloni saxlayıb.
AZİNFORM.AZ bildirir ki, İsrailin briqada generalı Nimrod Aloni evinə basqın zamanı fələstinlilər tərəfindən əsir götürülüb.  Həmas briqada generalının ələ keçirildiyini təsdiqləyib.

Həmas və İslami Cihad üzvlərinin işğalçı İsrailə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı davam edir. Müqavimət qrupları səhər saatlarından başlayan silahlı basqınlarda 30-dan çox İsrail əsgərini diri-diri əsir götürüb, keçmişdə hərbi cinayətlər törətmiş generalı da nəzarətə götürüb.

Bölgədən çəkilən görüntülərə görə, İsrail Quru Qoşunlarının Cənub Sahə Komandiri general-mayor Nimrod Aloni İzzəddin Qəssam Briqadaları tərəfindən girov götürülüb. 

Nəmrud Aloni ötən il Qəzza zolağında fələstinlilərə qarşı hücumlara rəhbərlik edən şəxslərdən biri olub. İslami Cihad üzvlərinin İsrail vətəndaşlarına hücum etdiyini iddia edən Aloni buna qarşı ən sərt tədbirlərin görüləcəyi mesajını verib və bu açıqlamadan sonra İsrailin Qəzzaya hücumları olub. 

Nəmrud Aloni , oktyabrın 7-də səhər saatlarında başlayan basqınlar dalğasında Qəzzada yerləşən silahlı qruplar tərəfindən əsir götürülən ən yüksək rütbəli İsrail əsgəri olub . Aloni İsrail ordusunun başlatdığı "Dəmir Qılınclar" hücum dalğası zamanı mümkün qırğınların qarşısını almaq üçün vasitə olaraq həbsdə saxlanılacaq.





up