Həmas İsraili "Zevari" pilotsuz təyyarələri ilə vurduğunu açıqlayıb
8-10-2023, 23:09

HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı üçün düyməni basıb. Mühasirəyə alınmış Qəzza zolağından İsrailə raket və minaatanlardan atəş açılıb. 

AZİNFORM.AZ bildirir ki, atılan raketlər Askalan şəhəri başda olmaqla bir çox rayonları vurub, tüstü və siren səsləri yüksəlib. Fələstin Səhiyyə Nazirliyi 370 fələstinlinin həyatını itirdiyini, 2200 fələstinlinin isə yaralandığını açıqlasa da, İsrail mətbuatı Fələstin ünsürlərinin hücumunda ölən israillilərin sayının 600-ə yüksəldiyini açıqlayıb.

Fələstin İctimai İşlər Nazirliyinin İsrailin Qəzza zolağında həyata keçirdiyi hava hücumlarında 159 binanın vurulduğunu və tamamilə dağıdıldığını bildirməsindən sonra HƏMAS "Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail hədəflərini pilotsuz təyyarələrlə vurduğunu açıqlayıb. 

Blokada altındakı Qəzza zolağında fəaliyyət göstərən İzzəddin Əl-Qəssam Briqadaları, yazılı açıqlamada hərəkatın hava qüvvələri bölməsinin “Əqsa tufanı hücumları çərçivəsində İsrailə qarşı kamikadze pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirdiyini açıqladı. ."

Açıqlamada, hücumların “35 ədəd “Zevari” tipli kamikadze pilotsuz uçan aparatla düşmənin (İsrail) mövqe və hədəflərinə qarşı həyata keçirildiyi bildirilib.

Digər tərəfdən İzzəddin Əl-Qəssam Briqadaları, bir qrup fələstinli müqavimət döyüşçüsü daşıyan 'Zevari' adlı kamikadze dronları daşıyaraq hədəfə doğru atdığı görüntülərini paylaşıb. Zevari pilotsuz təyyarələri havadan yerə enərək təlim çərçivəsində qarşıya qoyulan hədəfləri məhv edib.





up