Sevənləri Heydər məscidinin önünə toplaşdı - FOTOLAR
28-09-2023, 23:04

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

AZİNFORM.AZ-ın məlumatına görə, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.

Onu sevənlər məscidin önünə toplaşıb.

Qeyd edək ki, Qənirə Paşayeva ilə vida mərasimi sabah səhər 10:00-da Heydər məscidində olacaq. Mərhum bundan bir saat sonra İkinci Fəxri Xiyabana torpağa tapşırılacaq.


 





up