"Qənirə Paşayeva ruhuna dəryadan bir damla EŞQ, bir qətrə SEVGİ süzülüb" - VİDEO
25-09-2023, 20:25

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva jurnalistika sahəsində parlaq simalardan biridir. Qənirə Paşayeva ictimai-siyasi fəaliyyəti ilə yanaşı hər zaman xalqın yanında olaraq, onların sosial problemləri ilə maraqlanıb, həlli yollarında öz köməyini əsirgəməyib. 

AZİNFORM.AZ xəbər verir ki, yüzlərlə şəhid ailələrini və qazilərimizi ziyarət edərək onlara dayaq olan Qənirə xanım uzun illərdir xeyriyyəçilik missiyasını çiynində daşıyır. 

"Müdrik insan olmaq, ürəyini xalqının yolunda əriyən muma döndərmək hər kəsin işi deyil. Ədəbiyyatını sevən və dilini dərindən bilən, duymağı, görməyi, milli köklərdən dünya üfüqlərinə baxmağı bacaran xeyirxah bir insan. Sevgi Allahın seçilmiş insanlara verdiyi ən böyük hissdir.  Sadəcə seçilmiş insanlar sevgilərinə əvəz istəmirlər heç zaman. İlahi eşq, vətən sevgisi, yurd sevgisi, insan sevgisi onların əsas məğzidir. Şöhrət zirvəsinə gənc yaşlarında çatan və tükənməz enerjisi, çoxsaylı ideyaları, poetik istedadı ilə cəmiyyəti heyran qoyan sadə bir millət vəkili. Müdrikliyi təyin etmək çətindir, lakin, biz onu görə bilirik. Və müdrik insanı görə bilmək üçün gərək özün də böyük olasan. Taleyin və siyasətin sərt üzünə sinə gərib vətəni, xalqı yolunda çox önəmli işlər görüb, bu, müdrik insan. Ölkənin müxtəlif bölgələrində yardıma möhtac qalan insanlara əl uzadıb, xeyriyyəçilik missiyasını yerinə yetirib. Bir insanın böyük xidmətləri onun əsil vətəndaş olmasının göstəricisidir. İçində sevgi okeanı çağlayan həyat əzmi, çalışqanlığı, ictimai fəaliyyəti minlərlə gəncimizə örnək olan millət vəkili Qənirə Paşayeva."  

AZİNFORM.AZ Millət vəkili Qənirə Paşayevanın “AŞK BAŞKA" kitabından oxuduğu "Ya Rabbim" şeiri təqdim edir:

AZİNFORM.AZ







up