Elman Nəsirovdan MARAQLI AÇIQLAMA - “Ərdoğan seçilsə..."
15-05-2023, 20:05

“Bu gün qardaş Türkiyədə tarixi prezident və parlament seçkiləri keçirilir. Gəlin dua edək ki, Türkiyəni dünyanın ən güclü dövlətlərindən birinə çevirən, planetimizdə söz sahibi edən, Vətən müharibəsində tarixi Zəfərimizin təminatında müstəsna rol oynayan Rəcəb Tayyib Ərdoğan qalib gəlsin”.


AZİNFORM.AZ xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “zəmanəmizin Atatürkü” adlandırıb:

“Bu gün axşam radələrində qələbə münasibətilə bir-birimizə gözaydınlığı verək. Artıq qurban qoyun almışam. Allah qəbul etsin. Amin!”






up