İranda zəlzələ olub, dağda uçqunlar yaranıb
5-09-2022, 17:59

İranın Bəndər-Abbas dəniz limanı yaxınlığında yerləşən Hürmüzqan əyalətində 4,5 bal gücündə zəlzələ olub.

AZİNFORM.AZ report-a istinadla xəbər verir ki, məlumatı “Baharnews” saytı yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində dağda uçqun yaranıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat yayılmayıb.





up