Filippinin Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib.
AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan bildiriblər.
Məlumata əsasən, zəlzələnin episentri Laqanqilanq bələdiyyəsindən (Abra əyaləti) 2 km şimal-şərqdə, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.
Mütəxəssislər ərazidə təkrar zəlzələlərin və dağıntıların olacağını istisna etməyiblər. Xəsarət alanlar və dağıntılar barədə hazırda məlumat verilməyib.