Xəzər dənizində zəlzələ olub
19-07-2022, 20:30

İyulun 19-da Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZİNFORM.AZ-a bildirilib ki, yerli vaxtla saat 17:26-da qeydə alınan zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub.




up