Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:00-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib.