SON DƏQİQƏ! Şoyqu Ukraynaya getdi
26-06-2022, 11:50

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya gedib.

AZİNFORM.AZ xəbər  verir  ki, S.Şoyqu  hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbçilərini  yoxlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya qruplarının komanda məntəqələrində ordu generalı Sergey Şoyqu komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrindəki hərəkətləri barədə məruzələrini dinləyib", - nazirlik bildirib.

Nazir hərbçilərə dövlət mükafatlarını da təqdim edib.





up