Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı ölkələrinin siyasi kuluarlarında, mediasında və sosial şəbəkələrində Rusiyanı dəstəkləyən siyasətçilər, sabiq məmurlar, jurnalistlər və ekspertlər fəallaşdılar.
Eyni fəallıq İkinci Qarabağ Müharibəsi günlərində mühahidə olunurdu: Azərbaycana qarşı düşmən mövqe tutmuş fiqurlar Ermənistana haqq qazandırır, Qərbi "zavallı ermənilərə" təcili və böyükmiqyaslı yardımlara çağırırdılar.
Fransada İl-de Frans bölgə şurasının sədri Valeri Pekres kimi...
... 2017-ci il prezident seçkiləri ərəfəsində Fransua Fiyon praymerizdə qalib gələndən sonra Kremldən onun Vladimir Putinlə yaxın dost olması barədə açıqlama verildi. Qalmaqaldan sonra seçkilərdə məğlubiyyətdən sonra Fiyon Rusiyanın "Zarubejneft" və "Sibur" şirkətlərinin direktorlar şurasının üzvü olub. O "Zarubejneft"də bu vəzifəni 2021-ci ilin iyunundan, "Sibur"da isə noyabrından icra etməyə başlayıb. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra isə o, bu vəzifələrdən istefa verib. Həmçinin, o da nəzərə alınmalıdır ki, istefadan əvvəl apelyasiya məhkəməsi onun və həyat yoldaşı ilə bağlı qərarını yumşalıb, daha sonra isə Fiyon həmin şirkətləri tərk etdiyini bəyan edib.
2022-ci il prezident seçkilərində "Respublikaçılar" partiyasından namizədliyi irəli sürülmüş Valeri Pekresin də Rusiya ilə əlaqələri haqqında ciddi ittihamlar səslənməyə başladı. 2019-cu ildə "Respublikaçılar" partiyasının Avropa seçkilərində iflasından sonra Pekres partiya sıralarından istefa verir, 2021-ci ildə İl-de-Frans regional seçkilərində qalib gəlir və regional Şurada sədr olur. Lakin 2022-ci il prezident seçkilərində o, Fransua Fiyonun sələfi kimi yenidən "Respublikaçılar" partiyasından irəli sürülür, lakin çox pis nəticə göstərərək ikinci tura keçə bilmir və iflasa uğrayır. Pekresin vaxtilə KQB tərəfindən ələ alındığı iddia olunur.
Fransanın sabiq baş naziri Fransu Fiyonun Kremlə xidməti Rusiyanın indiki prezidenti Vladimir Putin baş nazir olanda başlayıb.
Lion şəhərindəki otellərdən birinin nömrəsində iki fahişə ilə tutulan və fotoları çəkilən Fiyon sonradan elektron poçtunda həmin fotoşəkilləri görmüşdü.
Fiyona "Kremlə iş" təklifi belə edilmişdi.
2007-2012-ci illərdə o, "Rusiyanın yaxın dostu" kimi tanınırdısa, sonradan Kremlin real marionetinə döndü.
... 2018-ci ilin yayında Rusiya prezidenti Vladimir Putin Avstriyanın XİN başçısı Karian Knayslın toyuna yollanmışdı. O, gəlin Karianla rəqs etmiş, sonra da çıxış edərək 65 yaşlı "təzə bəy" Volfqanq Meylingerin "yad adam olmadığını" söyləmişdi.
Toydakı rəqs fotoları yayılandan sonra Qərb mediası K.Knayslı "istedadsız aktrisa, Kremlə xidmət edən ikiüzlü adam" adlandırmışdı.
Avstriyada onun istefa tələbi ilə aksiyalar da keçirilmişdi.
Knaysl indi xarici işlər naziri deyil, amma Rusiyanın "Rosneft" şirkətində "yaxşı yer"ə layiq bilinib və ayda da ən azı 60 min avro "maaş" alır. Fransanın Xarici Kəhfiyyat Xidmətinin (DGE) sabiq rəhbəri Alen Jüe də Kremlə yetərincə qulluq edəndən sonra "mükafat"lanıb: o, indi Marqarita Simonyanın RT telekanalının fransız redaksiyasında "La Source" ("Mənbə") proqramının aparıcısıdır.
RT-dən aldığı qonorar və maaş isə təbii ki, az deyil. Kreml sabiq siyasətçiləri niyə satın alır?
Fransa ilə bahəm, Qərbin müxtəlif ölkələrindəki sabiq siyasətçilərin, məmurların, siyasi ekspertlərin və s.-nin Rusiyaya işləməyə başlamalarının səbəbi aydındır: bu marionetlər ciddi məbləğdə gəlir əldə etmək, habelə informasiya məkanında olmaq istəyirlər.
Rusiyanın məqsədi isə pulla ələ alma və korrupsiya vasitəsilə Qərbə təsir etməkdir. Məhz bunun nəticəsidir ki, indi Qərb ölkələrində "strateji korrupsiya" ifadəsi gündəmdədir: Kremlin agentura şəbəkəsinin bəzisi məhz belə səciyyələndirilir.
Postsovet məkanı ölkələrində yaratdığı "beşinci kolon"lardan fərqli olaraq, Kreml Qərb dövlətlərindəki təsir agenturası ilə başqa vasitələrlə çalışır.
Həmin vasitələr arasında əsas yeri "endowment" (məqsədli kapital) prinsipi ilə müxtəlif fondların, təşkilatların və strukturların yaradılmasıdır.
Məsələn, Rusiyanın təbii qazını Avropa İttifaqı ölkələrinə çıxarması üçün inşa edilən, indisə Ukraynadakı müharibə və sanksiyalara görə Brüsselin rədd etdiyi "Şimal Axını-2" boru kəməri layihəsi kimi.
Prosedur "biznes-layihə" adlansa da, əslində geosiyasi strateji korrupsiyadır. Sabiq siyasətçiləri, dövlət və hökumət başçılarını, məmurları "verbovka" etməkdə, pulla ələ almaqda və təsir agentinə çevirməkdə Kremlin motivasiyası sadədir.
Avropa İttifaqı ölkələrində hər tanınmış siyasətin əlaqələri, qurduğu şəbəkə sosial kapital olmaqla yanaşı, mövcud siyasətdəki fiqurlara çıxışdır.
Sabiq siyasətçi və məmur əla lobbiçidir. Üstəlik, Kreml belə adamlardan müxtəlif layihələrinin və şirkətlərinin Avropa İttifaqı ölkələrində imicinin tam fərqli obrazlarda təqdimatı üçün istifadə edir.
Almaniyanın keçmiş baş naziri Gerhard Hröderlə onun fransız kolleqası Fransua Fiyona gəldikdə isə, bu fiqurların müvafiq olaraq "Qazprom" və "Zarubejneft" şirkətlərində çox yüksək maaşlı postlara "dəvət" edilərək təyinat almaları həm də Kremlin "minnətdarlıq jesti" idi.
Kreml uzun illər onun maraqlarına xidmət edən marionetləri unutmadığını göstərməyə çalışır.
Sxem isə bəsitdir: Gerhard Şröder, Mari Le Pen, Fransu Fiyon, Valeri Pekress və ya bir başqası əvvəlcə Kremlin maraqlarının təminatına çalışır, sonra isə "hədiyyə" qismində vəzifə alır.
Məsələn, Rusiyanın "En+" korporasiyasının direktorlar şurasının sədri, Britaniya lordlar palatasının üzvü Qreqori Berker 4 milyon dollar "mükafat" alıb. O, indi də hər ay "maaş" qismində yüksək məbləğdə rüşvəti bank hesablarına keçirir.
Fransadakı geniş və böyük hörümçək toru
Rusiyanın Fransadakı təsir agentlərinin qeyri-rəsmi, amma faktiki rəhbəri knyaz Aleksandr Trubetskoydur. Sovet İttifaqı dönəmində Dövlət Təhlükəsizlik Komitəsinin (KQB), sonra isə Rusiyanın kəşfiyyat strukturlarının agenti olmuş bu şəxs vasitəsilə Kreml Fransanın siyasi isteblişmentinin mənsubları vasitəsilə agentura şəbəkəsi qurub.
Mari Le Pen, Fransua Fiyon və Valeri Pekres kimi indi "üzdə olan" siyasətçilər məhz knyaz Trubetskoyun bilavasitə göstərişlərini yerinə yetirərək, Kremlin yolladığı pulları ondan alıblar. Rusiyanın Fransadakı təsir agenturası şəbəkəsindəki şəxslərin siyahısı Mari Le Pen, Valeri Pekres və Fransua Fiyondan savayı, Azərbaycan mediasının hələ "tanımadığı" Tyerri Mariani, Moris Lerua, Paskal Terras, İv Posso di Borqo, Mişel Vuazen, Kristian Batay, Nikolya Düik, Filipp Menye, Klod Qoasgen, Jan-Pol Düpre, Jerom Lamber, Paris Verşer, Jan-Pol Bake və Alen Marso da var.
Kreml əgər sadəcə, Mari Le Penə və onun başçılıq etdiyi ultrasağı "Milli Cəbhə"yə 2014-cü ildən bəri 10,4 milyon avro veribsə, digər agentlərdən ibarət şəbəkəyə son 8 ildə 15,42 milyon avro paylayıb.
Rusiyanın agentura siyahısı
Qərbdəki liberal demokratiyanın xüsusiyyətlərini və mahiyyətini anlayan Kreml məhz demokratiyanın zəfi məqamlarından yararlanaraq Avropa İttifaqı ölkələrində təsir agentləri şəbəkəsi formalaşdırıb.
Məsələn, söz və mətbuat azadlığı prinsipləri ilə pərdələnən Rusiya RT telekanalından istifadə edərək yalan, feykt məlumatlar və propaqanda yayır. Offşor şirkətlərdən isə Kremlə xidmət göstərən siyasətçilərin maliyyələşdirlməsi üçün istifadə olunur.
Rusiyanın xüsusi xidmət strukturlarının əməkdaşları ilə görüşəndən sonra "Rusiya həqiqətlərini dünyaya çatdıran şəbəkə"də işləməyə razılıq verən, yəni de-fakto Rusiyanın təsir agentlərinə çevrilən Qərb siyasətçilərinin siyahısı böyükdür.
Həmin siyahıdan bəzi şəxsləri təqdim edirik:
Rumıniya
1. İon İliesku - sabiq prezident
2. Adrian Nestasa - sabiq baş nazir, N.Titulesku adına İnkişaf Fondunun rəhbəri
3. Dan Zamfiresku - tarixçi, teoloq, ifrat sağçı və millətçi ideoloq
4. İliye Bedesku - Rumıniya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun direktoru, geosiyasət üzrə tanınmış ekspert
5. Momçilo Lyuboriç - Buxarestdəki D.Kantemir adına Universitetin rektoru
6. Doru Tompya - Yassı şəhərindəki Petre Universitetinin rektoru
7. Diana Kampan - Alba-Yuliya Universitetinin yetkilisi
8. Kelin Mixayesku - "Eurasiatica" nəşriyyatının rəhbəri, Rumıniya Avrasiya Hərəkatının lideri
9. Yon Qurqu - "Predania" nəşriyyatının rəhbəri
10. Viktor Ronça - "Ziaristionline" xəbər portalının rəhbəri
11. Rezman Marika və Mixay Somanesku - "Activenews.ro" xəbər portalının rəhbərləri
12. Aurelian Angel - sosioloq
Polşa
1. Roman Gertıx - "Polşa Ailələri Liqası" partiyasının sədri
2. Leşek Sıkulski - Çexonstovdakı Geosiyasət İnstitunun rəhbəri, geosiyasət üzrə tanınmış ekspert
3. Mateuş Piskorski - Polşa Seyminin sabiq deputatı, Avropa Geosiyasi Analiz Mərkəzinin direktoru
4. Pşemışlav Serazdan - Polşa Geosiyasət Cəmiyyətinin katibi
5. Ronald Lasetski - siyasətçi, jurnalist
6. Yaroslav Tomaşeviç - siyasi ekspert
Türkiyə
1. Tuncer Kılıc - Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəhbəri, ordu generalı
2. Semih Koray - professor, siyasi ekspert, PKK mənsubu
3. Yunus Soner - siyasətçi, PKK mənsubu
4. Mehmet Perincek - siyasətçi, yazıçı
5. Serkan Koş - jurnalist
Macarıstan
1. Viktor Orban - baş nazir
2. Qabor Vona - "Daha yaxşı Macarıstan Uğrunda" Partiyasının sədri
3. Bela Kovaç - Avropa Parlamentinin deputatı
4. Laşlo Sipoş - "Foundation ITE"nin baş katibi
Fransa
1. Emerik Şoprad - yazıçı, professor, geosiyasət üzrə tanınmış ekspert
2. Alen de Benua - tanınmış filosof, publisist
3. Jan kloj Mişea - sosioloq, filosof
4. Serj Latuş - sosioloq, publisist
Xorvatiya
1. Yure Vuiç - "Matica Hrvatska" universitetinin professoru, siyasi ekspert
2. Tomislav Suniç - sosioloq, publisist, diplomat
Slovakiya
1. Robert Fiso - sabiq baş nazir
2. Yan Çarnoqurski - tanınmış siyasətçi
3. Sergey Xelemendik - siyasətçi, publisist
4. Yan Slot - Slovak Milli Partiyasınınr sədri
Serbiya
1. Voislav Koştunitsa - sabiq prezident
2. Slobodan Yeriç -"Geosiyasət" qəzetinin baş redaktoru
3. MilaAleksiç-Nikoliç - Serbiya Avropa Hərəkatının lideri
4. İv Batay - Serbiyada yaşayan fransız siyasi ekspert və jurnalist
5. Stefan Qaiç - Belqraddakı Avropa Tədqiqatları Mərkəzinin direktoru Yunanıstan
1. Dimitros Konstantakopulos -yazıçı, siyasətçi, jurnalist
2. Aleksis Sitras - "Sirisa" Partiyasının sədri, müxalifət lideri
İtaliya
1. Klaudio Mutti - "Eurasia" jurnalının naşiri
2. Orasio Nyere - "Millenium" hərəkatının lideri
3. Massimo Fini - məşhur jurnalist
4. Ermano Vizintayner - siyasi ekspert
5. Daniele Lazeri - "Vox Populi" Analitik Mərkəzinin direktoru
6. Tiberio Qrasiani - Ali Geosiyasət İnstitutunun prezidenti
7. Stefano Bonilauri - siyasi ekspert, "Stato e Potenza" hərəkatının lideri
8. Yəhya Pallaviçini - yazıçı, "Şadiliyyə" sufi təriqətinin şeyxi
Almaniya
1. Gerşard Şröder - sabiq baş nazir
2. Yurgen Elzasser - siyasi ekspert, jurnalist
3. Manuel Oxzenrayter - jurnalist
4. Feliks Alleman, jurnalist, bloqer
5. Raymund Kramer - "Welt Trends" jurnalının baş redaktoru. /milli.az/
AZİNFORM.AZ