Su quyusu qazdı, neft çıxdı - VİDEO
2-06-2022, 11:53

Türkiyədə maraqlı hadisə yaşanıb.

AZİNFORM.AZ CNN Türk-ə istinadən xəbər verir ki, Manisa şəhərində zeytun ağaclarını suvarmaq üçün qazılan quyudan su əvəzinə neft çıxıb.

Salihli rayonunda Mustafa Yüksəl zeytun bağında 204 metrlik quyudan yanar qara maddə çıxdığını görüb. Mütəxəssislərin apardıqları araşdırmaların nəticəsinə görə, mayenin 94 faizi su, 6 faizi keyfiyyətli neftdir.

"Daha dərin quyu qazılsa, daha çox neft çıxa bilər", - deyə mütəxəssilər ehtimal edirlər. /qazet.az/





up