İdmançıların 7 sevimli qidası
29-05-2022, 00:11

Düzgün qidalanmaqla bədəninizin ehtiyaclarını daha yaxşı qarşılaya və idmandan daha çox faydalana bilərsiniz.   

İdman edərkən bu qidaları birlikdə və qədərincə yesəniz, məşqdən böyük fayda əldə edə bilərsiniz. Bununla yanaşı  idman məşğələlərinizi  məsələn, günortanın istisinə salsanız, yaxud lazım olan qədər su içməsəniz bunlardan gələn faydanı heçə endirmiş olarsınız . İdman məşğul olan insanların  bol-bol yeməli olduğu qidalar bunlardır:

 1-Yulaf

Əzələlərinizi idmana hazırlamağa gəldikdə, ən yaxşı seçim kompleks karbohidratlardır. Karbohidratlar idman zamanı əzələlərin işləməsi üçün orqanizmə  lazım olan qlükozanı təmin edir. Kompleks karbohidratların tərkibində olan enerji qaynaqları yavaş-yavaş həzm olunaraq məşq zamanı qan şəkərinizi tarazlıqda və enerjinizi də yüksək səviyyədə saxlayır. Yulaf ən sağlam taxıllardan biridir. Glutensiz yulaf bədən üçün vacib vitaminlər, minerallar, lif və antioksidantları ehtiva edir. Beta-qlükan və liflə zəngin olan bu gözəl qida performansını artırmaq istəyənlər üçün çox sağlam seçimdir. 2-Qəhvə

Əgər siz gün ərzində kofe içməyi dayandıra bilməyən insanlardansınızsa, sizə əla xəbərimiz var. Məşqdən 1 saat əvvəl 350 ml qəhvə içmək daha uzun müddət məşq etməyə və dözümünüzü artırmağa kömək edə bilər. Qəhvə həmçinin yaşla azalan əzələ kütləsini bərpa etməyə və yeni əzələ qurmağa kömək edən aktiv maddələr ehtiva edir. İdmandan əvvəl içilən bir fincan qəhvə toxuma və əzələ zədələnməsi riskini azaldır, əzələ toxumasının daha gənc və daha elastik qalmasına imkan verir.

 3- Zəncəfil

Bütün məşqləriniz əzələ ağrısı ilə nəticələnirmi? 

Bu vəziyyətdə dərmanlara müraciət etmək əvəzinə, zəncəfildən istifadə etməyə çalışın.  

Gündə 240 ml zəncəfil çayı içmək maksimum 10 kalori sərfini təmin edir.
Bundan əlavə, doyurucu təsirə sahib olması aclığınızı idarə etməyə kömək edir. Bu bitki çayını təzə, üyüdülmüş zəncəfil kökləri ilə hazırlaya və ya zəncəfil tozundan istifadə edə bilərsiniz.

 4-Yağlı Ləpəlilər

Çiy fındıq, qoz və badam kimi yağlı toxumlar çox yaxşı antioksidant mənbəyidir, hətta immun sistemini dəstəkləyən flavonoidlər, fenolik turşu və E vitamini ilə zəngindir. Bütün bu elementlər bədəni sərbəst radikallardan qoruyur. Qurudulmuş göyərti ilə qarışdırın, salata əlavə edin və ya əlavə əzələ bərpası üçün protein kokteyline bir qaşıq faydalı toxum və ya badam yağı əlavə edin. Badam zülalını təmin etməklə, “smoothie”nizi yaxşı idman içkisinə çevirəcək.

 5- Kəsmik

Məşqdən sonra əzələlərin bərpası üçün proteinə ehtiyacı var. Kəsmik pendiri, həmçinin kəsmik süd adlanır, çox zəngin protein tərkibi ilə sizə çox uyğun gəlir. 1 çay qaşığı qədər əlavə edə biləcəyiniz qara zirə ilə yağ turşularından balanslaşdırılmış alternativ olaraq qəbul edilə bilər. 
2 dilim “wasa”nın( red.- dietik, quru çörək dilimləri) üzərinə ¼ avokado doğrayıb yeyə bilərsiniz.

 6-Su

Bir saat və ya daha çox məşq edəcəksinizsə və ya çox tərləyirsinizsə, su vücudunuz üçün əla içkidir. Bədəniniz üçün kifayət qədər maye qəbul edilib-edilmədiyini bilməyin ən asan yolu; Məşqdən əvvəl və sonra özünüzü çəkin. İtirdiyiniz hər kilo üçün 2-3 stəkan su içmək lazımdır.


7-Xurma

Yüksək lif tərkibi onu uzun müddət mədədə saxlayır və yavaş həzm olunur. Beləliklə, özümüzü daha uzun müddət tox hiss edir və qida istehlakını azaldırıq. Tərkibindəki yüksək kalium və dəmir mineralları da maddələr mübadiləsini sürətləndirən təsirləri ilə arıqlama prosesinə kömək edir. Ancaq unutmaq olmaz ki, 4 xurma bir porsiya meyvəyə bərabərdir və orta hesabla 60 kalori ehtiva edir. 
Tərkibində idman zamanı enerjini artıran karbohidratlar, kalium və dəmir var. Kalium təbii olaraq maye balansını təmin edir, susuzlaşdırmanın qarşısını alır (su itkisi) və beləliklə əzələ qıcolmalarını aradan qaldırır.

AZİNFORM.AZ







DİGƏR XƏBƏRLƏR
up