Azinform Kulis.az-a istinadən Cəmşid Əmirovun “Qara Volqa” romanından Pəncəli Aslan ləqəbi ilə tanınan Aslanxan İsmayılovna haqqında maraqlı faktları təqdim edir.
“Qara Volqa” romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biri olub. Əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı “Brilliant məsələsi” romanının davamı olub və 1966-cı ildə işıq üzü görüb. Birinci romanda söhbət Tapança Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə gedir. “Qara Volqa” romanında isə qəhrəman Pəncəli Aslan və onun cinayətkar dəstəsi olur.
Əsərdə bir çox real obrazlar və hadisələr gizlin qalır. Müsalçün həyatda Klara Göygöz Sabirin sevgilisi olub. Amma əsərdə onun dostu kimi təqdim olunur. Klara bu dəstənin əli ilə həm polisə, həm cinayətkar dəstəyə işləyən bir ermənini qətlə yetirib. Ümumiyyətlə, Klara obrazı əsərdə tamamilə açılmır. Üstəlik Göygöz Sabir kimi adamdan heç bəhs olunmur. Əvəzində Yədulla kimi ortabab cinayətkardan yazılır.
***
Bir də ki, adətən kriminal qruplaşmalar həmişə polislə əlbir işləyirlər. Amma Cəmşid Əmirov öz əsərində bu həqiqəti gizləyir. Görünür o, sovet vaxtı bunu qələmə almaqdan qorxur.
1994-cü ildə roman əsasında rejissor Elşən Məmmədov eyniadlı bir film çəkir. Film ekranlara romanda haqqında bəhs olunan əsas qəhrəman Pəncəli Aslan ətrafında mübahisələr və müzakirələr gedir. Belə ki, Pəncəli Aslanın kim olması haqqında heç bir yerdə məlumat olmur.
***
Hətta məşhur rus teleaparıcı Leonid Kanevski “İstintaq başladı... “Pəncəli Aslan” verilişində də həqiqəti üzə çıxara bilmir.
***
Növbəti axtarışa 1941-ci ildə Bakıda, İçərişəhərdə anadan olan yazıçı, Qarabağ qazisi Qeorqi Pavloviç Zapletin qoşulur. Bir gün milis polkovniki C.Əmirovun “Qara Volqa” kitabını görür. Kitabı oxuduqdan sonra son səhifədə “Xanlar-Nalçik-Bakı” işarəsi ilə rastlaşır. Zapletin bunun üzərində dərindən düşünsə də, bu əlaqənin nə demək olduğunu anlamır, çünki kitabda bu barədə heç nə bəhs olunmur. Zapletin əlacsız qalıb C. Əmirovun ailə üzvlərinə və qohumlarına üz tutur:
***
“Bu barədə C.Əmirovun bütün qohumlarından, o cümlədən qızından soruşdum, amma bu əlaqənin nə demək olduğunu və “Pəncəli Aslan”ın əsl adını bilmədi. Müxtəlif materialları araşdırmağa başladım, dəli olacağımı düşünürdüm. Ali Məhkəməyə müraciət etdim, ancaq oradakı axtarış heç bir müsbət nəticə vermədi, çünki hansı soyadla axtaracağımızı bilmirdik. Arxivdə cinayət işi tapmaq üçün soyadı bilməlisən. Tilsimli dairə yaranmışdı. Bütün bu müddətdə dostum A.Kazımzadə məni həvəsləndirirdi. O deyirdi: “Qaz. Tap”. İndi, onun ölümündən sonra dostumun istəyini yerinə yetirməliyəm”, - deyə Q. Zapletin bildirir.
“Qara Volqa” dəstəsinə bir qadının rəhbərlik etməsi 1966-cı ildə dəstə üzvlərinin məhkəməsi başlayandan sonra məlum oldu. Dəstə rəhbərinin özü də müttəhimlər kürsüsündə idi. Lakin cinayət işinin təfərrüatları yalnız bir qism insana - istintaq və məhkəmə baxışı ilə məşğul olanlara məlum idi.
***
Dəstə yaranandan bəri Pəncəli Aslanın qadın olduğunu bilən yeganə insan isə onlara məxsus qara “Volqa”nı idarə edən sürücü Arif Əliyev olur. Amma onun özü də dəstə başçısının əsl adını bilmir. A. Əliyev uzun illərini həbsdə keçirib və 2006-cı ildə ölüb.
***
Deyilənlərə görə bir dəfə bir gənc Arifin yanına gəlir və ona Bakı Univermağının zərgərlik şöbəsini soymağı təklif edir. Bu söhbətdən sonra yeni tanış Arifin evində gecələyir. Səhər ev sahibi qonaq otağına baxanda isə donub qalır. Çarpayıda yatan dünən oğurluq təklif edən oğlan yox, bir qız olur. Lakin sonradan qonaq yuxudan ayılıb Arifin yanına gələndə heç bir əlamət onun qadın olduğunu göstərmir. A.Əliyev də özünü heç nə bilməmiş kimi göstərir. Bundan sonra onlar birlikdə “işləməyə” razılaşırlar.
***
Həmin dövrdə onların yaratdığı qrup Bakıda ən qəddar dəstələrdən birinə çevrilir. Onların hesabında onlarla soyğun, talan və hətta qətl olur. Dəstə bütün əməliyyatlara qara “Volqa”da gedir. Sovet dövründə belə bahalı maşını almaq çox çətin idi. Bu markada olan avtomobillər əsasən, dövlət adamlarında olurdu. Buna görə, müstəntiqlər böyük talanların istintaqını apararkən uzun müddət soyğunçuların kimin maşınında hərəkət etdiklərini anlaya bilmirlər. Həqiqət isə ancaq Arif Əliyev saxlanıldıqdan sonra məlum olur.
“Qara Volqa” univermağın direktoru Abram Lifşisə məxsus olur. Dəstə hər dəfə gecə oğurluğa gedərkən, krançı işləyən Arif avtokranla direktorun qarajına yaxınlaşar, qarajı qaldıraraq maşını oğurlayar, səhəri gün isə qaytarıb yerinə qoyur. Maşın sahibi isə nələrdənsə şübhələnir və pedalların altına tələ qoyur. Arif tələyə düşür.
***
Və uzun müddətli istintaq başlayır. Peşəkar və təcrübəli Əli Rüstəmovun da daxil olduğu operativ istintaq qrupunun üzvləri artıq dəstənin izi ilə getməyə başlayır.
***
Rüstəmov gizli agent dəstə barədə informasiya toplayır. Bir dəfə o, spekulyasiya ilə məşğul olan bir kişi ilə tanış olur və onun evinə gedərək “Qara Volqa” barədə sorğu-suala tutur. Ehtimal olunur ki, satıcının arvadı masanı həmin vaxt hazırlayırdı və ərinin qonaqla söhbətini eşidir. Bir neçə gündən sonra agent A.Rüstəmovla əlaqəyə çıxmır. Onun cəsədi “Kubinka”nın kənarında tapılır. O, ürəyindən kəskin zərbə ilə vurulmuşdu.
***
Deyilənlərə görə Pəncəli Aslan özünü və səsini asanlıqla dəyişə bilmə bacarığına qadir imiş. Onun ən səs-küylü qurbanlarından biri 1961-ci ildə Nizami küçəsində tikilən Mərkəzi Univermağın direktoru Musa Hüseynov olur. Kişi tez-tez yaxınlıqdakı restorana nahara gedir. Belə günlərin birində Pəncəli Aslan direktorun masasına əyləşir və onlar arasında söhbət yaranır.
Pəncəli Aslan Mərkəzi Univermağın direktorundan özü üçün lazım olan hər şeyi, hətta ev telefonunu öyrənir. Plan tam hazır olduqdan sonra Pəncəli Aslan M. Hüseynovun ev nömrəsinə zəng edir. Dəstəyi direktorun arvadı götürür. Ərinin səsini yamsılayan Pəncəli Aslan deyir: “Prokurorluq əməkdaşları evdə yoxlanışa başlayacaqlar, buna görə mənzildəki bütün qızılları götürüb qohumların evində gizlətmək lazımdır. Və bax, işə zəng eləmə, telefon dinlənilir”.
***
Qadın tələsik evdə gizlədilən bütün zinət əşyalarını və pulları götürərək əl çantasına qoyur və evdən çıxır. Lakin küçədə onun yolunu naməlum kişi kəsir. O, özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək, çantanı qadının əlindən alır. Maşına əyləşəndə isə kişi donub qalmış qadına çevrilərək, ərinə milisə getməyi və səmimi etiraflar etməsi barədə göstəriş verir.
***
Gecə, M.Hüseynov işdən qayıdandan sonra isə həyəcanlanmış qadın ona dediyi hər şeyi etdiyini – qızılları bir çantaya yığaraq qohumlarına vermək istədiyini, ancaq yolda milis əməkdaşı ilə qarşılaşdığını deyir. M.Hüseynov dəhşət içində başını tutur. MUM direktoru dərhal milisə gedərək hər şeyi danışır.
***
Pəncəli Aslan Mərkəzi Univermağın direktorundan oğurlanan qızıllarla gizlənməyə cəhd edərkən, dəstənin Zəli ləqəbli dəstə üzvünün evində gecələmişdi. O da Pəncəli Aslanın oğurladığı əl çantasındakı zinət əşyalarından bir qismini özünə götürməyə imkan tapmışdı. Sonradan dəstə rəhbəri bunu öyrənir, lakin həmin vaxt o, ciddi rejimli kolonda olur. Pəncəli Aslan həbsdən çıxdıqdan sonra Bakı çimərliklərindən birində qətlə yetirilmiş Zəlinin cəsədi aşkarlanır. Ehtimal ki, dəstə rəhbəri öz təhdidini həyata keçirir.
***
Milisə informasiya gəlir ki, əl çantasını oğurlayan şəxs gizlənmək üçün Moskvaya uçub. Moskva Cinayət Axtarış idarəsinin əməkdaşları Domodedovo aeroportunda onu saxlayırlar. Gənc kişini M.Hüseynovun təsvirinə bənzər çanta ələ vermişdi. Elə həmin vaxtda “Qara Volqa” rəhbərinin sirri açılır…
Dəstə üzvləri müttəhimlər kürsüsündə əyləşərkən bu günə qədər onlara qadının rəhbərlik etdiyini öyrənirlər. İstintaq zamanı isə inanılmaz fakt ortaya çıxır. Məlum olub ki, oğurlanan pul vəsaitlərinin bir qismi uşaq evlərinə köçürülürmüş.
***
Ancaq istintaqın gedişi zamanı belə də Pəncəli Aslanın kimliyini ortaya çıxarmaq məsələsi çətinləşir. Pəncəli Aslanın pasport məlumatları heç bir arxiv kartotekasında olmur. Başqa bir ehtimal isə Pəncəli Aslan “KQB” agenti olması olur.
***
Ehtimallara görə isə Pəncəli Aslan qadın olur. O, ailəsinin 6-cı qız övladı kimi dünyaya gəlir. Onun atası kriminal aləmin nümayəndəsi olur. O, bəyan edir ki, 6-cı övladı qız doğularsa, o, uşağı öldürəcək. Ancaq övladı olandan sonra o, “aslanın erkəyi, dişisi olmaz” məntiqi ilə qızının adını Aslanxan qoyur.
***
Bu ad qızın taleyinə hələ uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz, eyni zamanda qoçaq, ağıllı, tədbirli və hiyləgər bir insana çevrilir. Fiziki gücü ilə oğlan tay-tuşlardan da seçilən Meretukova Aslanxan İsmayılovna tezliklə “Pəncəli” ləqəbini qazanır.
***
Sonra isə o, özünün sağ əli olan “Paxan”la böyük cinayətkar dəstə yaradır. Bu dəstə yüksək ustalıqla idarə olunur. Hətta dəstənin ən fəal üzvləri belə kimə qulluq etdiklərini, başçılarının kim olduğunu bilmir.
***
Meretukovlar əvvəllər Quba rayonu ərazisində yaşayıblar, sonra Xanlar rayonuna (hazırda Göygöl) köçüblər. Xanlarda həmin vaxt bu dəstənin ən qaniçən üzvü, əslən Daşkəsənin Bayan kəndindən olan erməni Marqarita İvanyan yaşayırdı. Burada isə C.Əmirovun kitabında “Xanlar-Nalçik-Bakı” işarəsinin sirri açılır.
Deyilənə görə, Pəncəli Aslan sonuncu dəfə 90-cı illərin ortalarında görünüb. Bəzi məlumatlara görə, o, Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsi ərazisində yaşayıb. Lakin bu informasiyanı təsdiqləmək cəhdlərimiz uğursuzluğa düçar oldu. Qaradağ rayon Polis İdarəsi əməkdaşlarından heç kim, istər keçmiş, istərsə də, indikilər belə bir sakin tanımayıb.
Qeyd: Yazıda Ağa Cəfərlinin və Ramella İbrahimxəlilovanın məqalələrindən istifadə olunub.