Putin və Zelenski Türkiyəyə gedəcəklər
31-05-2023, 12:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-ü keçiriləcək andiçmə mərasimində çox sayda xarici liderlər iştirak edəcək.

Məlumata görə, Ərdoğanın inauqurasiyasından sonra Rusiya və Ukrayna Prezidentlərinin Türkiyəyə səfəri planlaşdırılır.

İlk olaraq, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi, bunun ardınca isə Ukrayna lideri Volodimir Zelenskinin səfərinin baş tutacağı gözlənilir.

Məlumata görə, Putin və Zelenskinin Türkiyəyə səfəri zamanı müharibənin gedişatı və taxıl sazişi məsələləri müzakirə ediləcək.(“Hürriyet”)





up