Tokionun şərqində güclü zəlzələ olub
27-05-2023, 22:03

Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində zəlzələ baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, Çiba əyalətinin Kamisu sahillərində yerli saatla 19:03-də 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.





up