DİGƏR XƏBƏRLƏR
Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
AZİNFORM.AZ xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) bildirib ki, Aomori əyalətinin Sakit okean sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 18:18-də və 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı edilməyib.
Zəlzələnin şimalda ətraf İvate, Miyaqi və Hokkaydo ştatlarında hiss olunduğu qeyd edilib.
Zərərçəkənlər və dağıntıların olması ilə bağlı məlumat yoxdur.