DİGƏR XƏBƏRLƏR
Modelyer Dame Mary Quant 93 yaşında dünyasını dəyişib.
AZİNFORM.AZ xəbər verir ki, o, bu səhər İngiltərənin Surrey şəhərindəki evində vəfat edib.
Modelyer mini ətəyin yaradıcısı kimi tanınırdı. Ailəsi onun "XX əsrin ən beynəlxalq səviyyədə tanınan modelyerlərindən biri və görkəmli yenilikçi" olduğunu söyləyib.
"Quantın modaya verdiyi töhfəni qiymətləndirmək mümkün deyil. O, 1960-cı illərin modasının sevincli azadlığını təmsil etdi və gənc qadınlar üçün yeni bir rol modeli təqdim etdi.
"Bu gün moda onun qabaqcıl baxışına çox şey borcludur."