Məşhur bəstəkar vəfat etdi - FOTO
13-12-2022, 23:48

“Əkiz zirvələr” (“Twin Peaks”, 1990-2017) serialının musiqilərinin müəllifi, amerikalı bəstəkar Ancelo Badalamenti 86 yaşında vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə bazar ertəsi "The Hollywood Reporter" məlumat yayıb.

A.Badalamenti Linkoln Parkdakı (Nyu-Cersi ştatı) evində dünyasını dəyişib.

1937-ci il mart 22-də Nyu Yorkda anadan olan Ancelo Badalamenti 70 film və seriala musiqilər bəstələyib.






up