Adətən məşhur sənətkarların övladları onların yolunu davam edərkən, atalarının kölgəsində qalır. O, isə özü o qədər ucaldı ki, öz kölgəsi yarandı və ağac da kölgəsində böyüyür.
Azərbaycanın Xalq artisti, bəstəkar, müğənni Polad Bülbüloğlu...
....
Polad Murtuza oğlu Məmmədov 1945-ci il fevralın 4-də Bakıda anadan olub.
1968- ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirib.
İfaçı kimi daha da məşhurluq qazanan Polad Bülbüloğlu müsahibələrinin birində heç vaxt ifaçılıq istiqamətində təhsil almadığını deyib:
“Mən peşəkar bəstəkaram. Mənim müəllimim, məşhur bəstəkar və pedaqoq Qara Qarayev mənə “oxuya bilərsən, amma bunu peşəyə çevirmə. Sənə konservatoriyada buna görə dərs keçməyiblər. Sən bəstəkarsan, ciddi əsərlər yazmalısan...”
İlk mahnılarını 1962-ci ildə 17 yaşı olanda bəstələyib.
Dünya şöhrətli müğənni Müslüm Moqamayevlə uşaqlıq dostu olublar. O, ilk mahnılarından birini məhz Müslüm Maqomayev üçün bəstələyib.
Müslüm və Polad Bakıda bir həyətdə böyüyən qonşular, eyni zamanda uşaqlıq dostları olsalar da hər ikisi məşhur sənətçi olandan sonra münasibətlərində soyuqluq yaranıb.
“Müslüm məndən üç yaş böyük olsa da, heç zaman yaş fərqi hiss olunmayıb. Biz Maqomayevlər ilə divar qonşusu idik. Binaya girişlər fərqli idi, amma mənzillər bitişik idi. Müslüm ilə divarı döyəcləyərək danışmaq üçün hətta şifrə belə düşünmüşdük”.
Hər iki məşhur müğənni Moskvada yaşadıqları zaman bir neçə dəfə dalaşıb, küsüşüblər. Hətta iş o yerə çatıb ki, Müslüm Maqomayev belə bir söz işlədib:
"Nə qədər Polad nazirdir, Azərbaycana gəlməyəcəm".
Yaxınlarının bir neçə cəhdinə baxmayaraq, onların arasındakı soyuqluq aradan qalxmadı, Müslüm Maqomayev onunla küsülü dünyasını dəyişdi.
O, özünü kino musiqisi sahəsində ilk dəfə 21 yaşında, 1966-cı ildə ekranlara çıxan “İstintaq davam edir” filminə musiqi yazmaqla sınayıb.
Lakin 1968-ci ildə “Uşaqlığın son gecəsi” filminə yazdığı musiqi ona böyük uğur gətirib. 1969-cu ildə Kiyevdə keçirilən “Prometey-69” kinofestivalında film birdən-birə iki mükafat alıb. “Ən yaxşı musiqi tərtibatına görə” və “Müasir mövzunun musiqidə müasir üslubda ən yaxşı həllinə görə”.
Polad Murtuza oğlu Məmmədov 1945-ci il fevralın 4-də Bakıda anadan olub.
“Bir gün Arif Babayev mənə zəng vurub filmi üçün mahnı bəstələməyimi istədi. Mən bunu məşhur adamları parodiya edən dostum Yanisin bir zarafatı zənn edib Arif Babayevlə çox kobud danışıb dəstəyi üstünə asdım. Səhəri gün söhbətin üstü açılanda anladım ki, mənə zəng vuran həqiqətən də Arif Babayev olub”.
60-cı illərin ortalarında Polad Bülübüloğlu artıq bütün SSRİ məkanında pop-ulduza çevrilmişdi. Lakin onun əsl ulduzu 1981-ci ildə Lev Durovla birlikdə çəkildiyi “Qorxma mən səninləyəm” filmi ilə parlayır.
1988-ci ildə o, Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin edilir. 1995-ci ildə Milli Məclisinin deputatı seçilir.
İki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Ukraynanın məşhur opera müğənnisi Bela Rudenko olub. Onlar SSRİ Xarici İşlər Nazirliyinin qəbul evindəki tədbirlərdən birində tanış olublar. Onda Polad Bülbüloğlunun 25, Bela Rudenkonun isə 37 yaşı olub. Polad Bülbüloğlu sonrakı xatirələrində özündən düz 12 yaş böyük olan məşhur opera müğənnisinin məftunedici görünüşü və tünd-qəhvəyi gözlərinin işıltısının onu dəli etdiyini bildirmişdi. 1975- ci ildə Bela xanımdan bir oğlu olub. Oğluna Teymur adını verib. Atasının yolunu davam etdirən Teymur Bülbül Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın əməkdar artistidir.
12 il sonra iki məşhur müğənninin ailə münasibətlərində soyuqluq yaranır və onlar ayrılmağa qərar verirlər.
Polad Bülbüloğlunin ikinci evliliyi mədəniyyət naziri vəzifəsində işləyərkən gerçəkləşib. Məlumatlara görə, Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Bu evlilikdən onun Leyla adlı bir qızı, Murtuza adlı isə oğlu dünyaya gəlib.
Polad Bülbüloğlu o bəstəkarlarımızdandır ki, konyunktura, siyasi-ideoloji mənafelərə xidmət edən mətnlərə və sözlərə müraciət etməyib. Onun “Gəl ey səhər” mahnısını məşhur Hollivud aranjimançısı və bəstəkarı, “Qremmi” mükafatı laureatı Pol Con Bakmaster aranjman edib.
1992-ci ildəki uğurlarından sonra Azərbaycanlı estrada müğənnisi Samir Bağırova Alla Puqaçovanın yaratdığı teatrdan Samir Bağırova təklif gəlir lakin bir il sonra həmin teart dağılır və Samir Polad Bülbülöğlunun xahişi ilə vətənə qayıdır.
Sonralar müsahibələrində bu ana görə peşmanlıq edir. Polad Bülbüloğlunun sözü ilə Vətənə qayıtdığı anı xioş xatırlamır.
Polad Bülbüloğlu Hazırda Azərbaycanın Rusiyadakı səfiridir və onun diplomat fəaliyyəti fonunda yaradıcılığı demək olar ki, gözə dəymir.
Qocaman sənətkara öncə can sağlığı, davamında yaradıcılıq uğurları arzulayırıq.