Bağda ucuz olan məhsul bazarda 10 dəfə baha satılır – VİDEO
31-05-2022, 01:23

Sahələrdə ucuz qiymətə satılan məhsul paytaxt bazarlarında bir neçə dəfə baha qiymətə təklif olunur. Məsələn alça yerində  su qiymətinə, bazarlarda isə olduqca bahadır. Bəs bizi mövsüm meyvələrinə həsrət qoyan bahaçılığın səbəbi nədir? Məhsul bölgələrdən Bakıya çatana qədər nə baş verir ki, öz qiymətindən 5, hətta 10 dəfəyə qədər qiymət artımı olur? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.

Yerində ucuz qiymətə olan məhsul, paytaxtda daha baha qiymətə satılır.

Mövsümi məhsulların bazara çıxması kənddən şəhərə gələn məhsulun satışında olan qiymət fərqi məsələsini aktuallaşdırır. Məsələn, Tovuzdakı meyvə bağlarında fərqli mənzərə hökm sürür. Hazırda paytaxt bazarlarında baha satılan göyçə alçası demək olar ki, alıcı üzünə həsrətdir. Təsərrüfat işləri ilə əlaqədər daxili bazarlara çıxa bilməyən bağ sahibləri isə məcbur qalaraq məhsullarını ucuz satırlar.

Paytaxt bazarında isə  alçanın kiloqramı 3-15 manat arasında təklif olunur.
Gilas əkən bağ sahibləri də məhsullarını istədikləri, daha doğrusunu desək əziyyətlərinə dəyəcək qiymətə sata bilmirlər. Yerində bağ sahibindən gilas alan alverçilər paytaxt bazarlarında məhsulu bir neçə qat bahasına satırlar. Tez yetişən gilasların hazırda meyvə satış nöqtlərində kiloqramı ən azı 5 manatdan başlayır.

İsitixana şəraitində yetişən pomidorlar daha çox xarici bazarlara satılır. İkinci növ pomidorlar isə yerli bazarlarda ölçüsündən asılı olaraq kiloqramı 50-60 qəpikdən satışa çıxarılır. Paytaxt bazarlarında isə…

İqtisadçı ekspert  Eldəniz Əmirov deyir ki, tarlada olan məhsulla bazarda olan məhsullar arasında qiymət fərqi təxminən 30-50 faiz arasında müşahidə edilir. Buna  səbəb ortada olan vasitəçilərin daha çox gəlir götürmək istəyinə mane olan alternativlərin olmamasıdır. Vasitəçilərin ardıcıl  şəkildə olan sayının azaldılması əvəzində paralel, fəaliyyət göstərən, istifadəçilərin sayının isə artırlmasına böyük ehtiyac var.

Azərbaycanın müxtəlif regionlarında mərkəzləşdirilmiş  bazar institutları şəbəkəsinin yaradılmasına ehtiyac var. Bu baxımdan da məhz bu şəbəkənin yaradılması , sadə dildə ifadə etsək, müxtəlif regionlarda meyvə tərəvəzlərin topdan satışını həyata keçirən, bazanın, infrasturukturların yaradılması, məhz qiymət fərqini tarla və marketlərdə olan qiymət fərqinin azaldılmasına xidmət edə biləcək ən birinci faktordur deyə ekspert vurğulayıb.

AZİNFORM.AZ





up