Zirəddin ikinci turun qalibinin adını açıqladı - "Mayın 28-də..."
15-05-2023, 19:51

Türkiyədə keçirilən prezident seçkisinin birinci turu geridə qaldı. İlk turda heç kim qalib olmadı. Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) aşmayıb.

Onun rəqibi Kemal Kılıçdaroğlu isə səs fərqi və faizi ilə geridədir, lakin bu da hələ onu məğlub etmir. 

Beləcə, seçkinin ikinci turunda ən çox səs qazanan iki namizəd yarışır. Bu turda ən çox səs alan namizəd Türkiyənin 13-cü prezidenti seçiləcək. 

Bu ərəfədə hər kəsi maraqlandıran bir sual var: 28 may - ikinci turda kim qalib olacaq?

Tanınmış ekstrasens Zirəddin Rzayev ikinci turla bağlı proqnozlarını Yenisabah.az-la bölüşüb. O, Ərdoğanla bağlı bundan əvvəl verdiyi proqnozun qüvvədə qaldığını, ikinci turda Ərdoğanın seçilərək prezident olacağını açıqlayıb: 

“Yenə təkrar edirəm, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq. Proqnozum qüvvədə qalır. Seçkinin ikinci, üçüncü, yaxud dördüncü tura qalmasının heç bir önəmi yoxdur, qalib Ərdoğan olacaq. Mən böyük hadisələri görürəm və onun prezident olacağını söyləmişdim, fikrimdən dönmürəm, dediyimin üzərində dayanıram. Bəziləri kimi gündə bir proqnoz vermirəm, bir dəfə Ərdoğanı prezident kimi gördüyümü söylədim, daha burada başqa söhbət ola bilməz. Dediyim ya səhvdir, ya da doğru, bunu mayın 28-də hər kəs görəcək”.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, əgər ikinci turda iştirak haqqı qazanan namizədlərdən biri ölərsə və seçilmək hüququnu itirərsə, onda vəziyyət bir qədər dəyişir. 

Onda ikinci tur birinci səsvermədə sıraya uyğun olaraq vakant namizədin dəyişdirilməsi ilə keçirilir. 

İkinci tura tək namizədlə gedilirsə, bu zaman səsvermə referendum şəklində təşkil edilir, yəni seçicilər “hə”, ya “yox” seçimini edirlər.





up