Aqil Səfərəliyev Laçın şəhər sakinidir. 1992-ci il mayın 18-də Laçın şəhəri ermənilər tərəfindən işğal edilərkən onun cəmi 12 yaşı var idi.
30 il sonra yenidən doğma yurda qayıtmaq, Laçında yarım qalmış yeniyetməlikdən birbaşa yetkinliyə keçid etmək deməkdir:
“Ayın 26-da mən orada oldum. Xarabalığa çeviriblər. Biz belə vandallığı, xarabalığı ancaq filmlərdə görmüşdük. Nənəm-babamgilin evlərinə getdim, daşı belə yox idi. Bir zamanlar içində böyüyüb, oynadığım, yaşadığım evi gedib o vəziyyətdə görmək, yaxud da 12 yaşına, 6-cı sinifə qədər oxuduğum məktəbi viran görmək adama çox təsir edir, sarsıdır”. /bakupost.az/