Pensiyaların məbləği 11 faizədək artıb
22-07-2022, 12:21

“Pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2% artaraq 395 manata çatıb”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazliyinin kollegiya iclasında bildirilib.

Məlumata görə, son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı da uğurla icra edilərək ödənişləri tam həyata keçirilib:“40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb”./margin.az/





up