ŞAD XƏBƏR: Ünvanlı yardımın məbləği artırıldı - 347 manat oldu
18-07-2022, 23:37

Azərbaycanda dövlət vəsaiti hesabına verilən ünvanlı sosial yardımın məbləği bu il 35 faiz artıb.

AZİNFORM.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 90 manat artaraq 347 manata çatıb.

Qeyd edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir. Bu il ehtiyac meyarının məbləği 170 manatdan 200 manata çatdırılıb ki, bunun sayəsində də ünvanlı yardımın məbləği yüksəlib.

Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.





up