Yol POLİSİ sürücülərə müraciət etdi: Bu yollarda AVTOMOBİL saxlamayın
10-07-2022, 18:53

Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.

Bu barədə AZİNFORM.AZ-a Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslər yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar: "Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonlarının ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".


AZİNFORM.AZ





up