Dəniz kənarında istirahət edənlərin NƏZƏRİNƏ - DYP-dən XƏBƏRDARLIQ
10-07-2022, 18:37

Qurban bayramı ilə bağlı nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edirik.

Bunu AZİNFORM.AZ-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi bildirib ki, dəniz kənarında istirahət edən şəxslər yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:

"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".

AZİNFORM.AZ





up