Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə tanınmış ailədə doğulub. Əvvəlcə Gəncə gimnaziyasında, daha sonra Odessa universitetinin (1902) hüquq fakültəsində təhsil alıb. Tələbələrin inqilabi hərəkatından qorxan çar hökumətinin universiteti bağlaması səbəbindən oranı bitirə bilməyib. Xarkov universitetinin hüquq fakültəsində təhsilini davam etdirsə də, imkansızlıq üzündən bu təhsil də yarımçıq qalıb. Nəsib bəy daha sonra Krıma - Bağçasaraya gedərək “Tərcüman” qəzetinin naşiri İsmayıl bəy Qaspralının qəzetində çalışmağa başlayıb. 1908-ci ildə İstanbula səfər edib, bir müddət bu şəhərdə yaşayıb, orada “Türk dərnəkləri” cəmiyyətini qurub. Təqiblər ucbatından Gəncəyə qayıdıb, şəhər bələdiyyəsində çalışıb. Eyni zamanda dövrün əfsanəvi dərgisi “Molla Nəsrəddin”ə, “Tərcüman”a məqalələr göndərib, yenicə yaranan cəmiyyətlərlə əməkdaşlıq edib.
AZİNFORM.AZ şanlı dövlətin baş naziri olan, çox ləyaqətli şəxsiyyət Nəsib bəy Yusifbəyli haqqında süjeti təqdim edir:
AZİNFORM.AZ