Günümüzün ən böyük problemlərindən biri də şəxsi gigiyena ilə bağlı narahatedici bir vəziyyət olan tər qoxusudur. Dezodorant yerinə təbii üsullardan istifadə edə bilərsiniz. Limonun tərkibindəki turşu qoltuqaltı bakteriyaları öldürmək gücünə malikdir.
AZİNFORM.AZ bildirir ki,önəmli olan tərləmənin deyil, tər qoxusunun qarşısını almaqdır.
Təbiətin bizə bəxş etdiyi möcüzələrdən biri olan limon min bir dərdin dərmanıdır. Bir çox sahədə faydalı olduğu bilinən limon, tər qoxusunu aradan qaldırmaq üçün təsirli bir üsuldur. Duşdan sonra qoltuğunuza bir neçə damcı limon çəksəniz, bütün gün tər qoxusundan uzaq qala bilərsiniz.
Limon tənəffüs problemlərinə qarşı da təsirlidir. Dabanlara limon sürtmək qrip əlamətlərini aradan qaldıra bilər.
Paslanmış əşyaları təmizləmək üçün limonun pas kovucu xüsusiyyətlərindən istifadə edə bilərsiniz. Paslanmış əşyanı limonlu suda isladıb sonra təmizləmək əşyanı əvvəlki vəziyyətinə qaytaracaq.
Məlumdur ki, limon diş ağrılarına yaxşı gəlir. Limon turşusunu dərinizi yandırmayacaq şəkildə istifadə edərək, qırış və ləkə kimi dəri problemlərindən də faydalana bilərsiniz.
Evdəki pis qoxuları aradan qaldırmaq üçün limondan da istifadə edə bilərsiniz. Limon suyu və vanili qaynadıb əldə etdiyiniz qarışıq evdəki pis qoxuları aradan qaldırmağa kömək edir.
Bundan əlavə, limon qoxusu sayəsində komodinin üstünə qoyaraq keyfiyyətli yuxuya sahib ola bilərsiniz. Limon qaraciyər yağlanmasının qarşısını almaq, bağırsaqları qorumaq və hüceyrə zədələnməsinin qarşısını almaq kimi faydaları ilə də xərçəng riskini azalda bilər.
Limon təbii məhsul olsa da, hər kəsin dəri quruluşu fərqlidir. Buna görə də dərinizin həssaslığını nəzərə alaraq tətbiq etmək vacibdir.