Parçalardakı sarı tər ləkələrini yox edir
18-09-2023, 21:21

Tərləmə insan təbiətində baş verən çox sağlam bir şeydir. Ancaq tərləmə təbii bir hadisə olsa da, onun buraxdığı ləkələr təəssüf ki, xoşagələn deyil.   Paltarlara yapışan tər ləkələri bir çox insanı çox narahat edir. Bəs, tər ləkələrini çıxarmaq üçün nə etmək lazımdır? Paltardakı tər ləkələrindən necə qurtulmaq olar? 

AZİNFORM.AZ evdə tətbiq edə biləcəyiniz bir neçə sadə üsulu təqdim edir:

Paltarınızdakı tər ləkələrini çıxarmaq istəyirsinizsə, duz çox təsirli bir üsul olacaq. Ləkəli yerə bir az duz tökdükdən sonra 1 saat gözləyin və ilıq su ilə yuyun. Görəcəksən ki, tər ləkələrindən əsər-əlamət qalmayıb.

***

Demək olar ki, bütün inadkar ləkələri çıxara bilən soda və limon suyu da tər ləkələri üçün çox təsirli bir üsuldur. Tər ləkəsinin üzərinə soda tökdükdən sonra bir neçə damcı limon suyu əlavə edib 20 dəqiqə buraxın. Sonra isti su ilə yaxalaya bilərsiniz.

***

Tərlə ləkələnmiş yeri ağ sabunla ovuşduraraq yusanız, tər ləkəsindən əsər-əlamət qalmayacaq. 

***

Sirkəli suyun təsiri hər kəsə məlumdur. Paltarınızdakı tər ləkələrini çıxarmaq üçün sirkə suyu da istifadə edə bilərsiniz.

***

Bir az ağartıcıya oksigenli su əlavə edərək tərlə ləkələnmiş paltarlarınızı təmizləyə bilərsiniz. Ancaq unutmaq olmaz ki, oksigenli su paltarınızın rəngini dəyişə bilər.

Ancaq bütün bu üsullar ümumiyyətlə yeni əmələ gələn tər ləkələrinə müsbət təsir göstərir. Qolaltı nahiyəsində quru tər ləkələrini çıxarmaq üçün ən təsirli üsul quru təmizləmə olacaq. Quru təmizləmədə istifadə edilən proses qurudulmuş tər ləkələrini çıxarmaqda çox təsirlidir. O, həmçinin paltarınızın parça və ya rənginin zədələnməsinin qarşısını alır.

AZİNFORM.AZ





up