DİGƏR XƏBƏRLƏR
Moda sənayesində ixtisaslaşan blogger Deyrdra qadınları vizual olaraq yaşlı göstərən ümumi səhvlərdən danışıb.
AZİNFORM.AZ xəbər verir ki, bloger bu barədə "Express"ə danışıb.
İnfluenserin fikrincə, yetkin insanlar qara paltar geyinməməlidir. O izah edib ki, yaşla dəri elastikliyini itirir və solğun olur. Tünd rənglər isə qırış kimi qüsurları daha çox vurğulayır. Eyni zamanda, Deydranın fikrincə, bu cür qarderob əşyalarından tamamilə imtina etmək lazım deyil.
O, iddia edib ki, açıq rəngli şərf və ya mirvari boyunbağının görünüşü daha uğurlu edə bilər. “Bu sizə daxili parıltı verəcək. Möhtəşəm fransız xanımları mirvariləri əbəs yerə sevmirlər!” dedi.