Passiv siqaret çəkməkdən ildə bir milyondan çox İNSAN ÖLÜR
1-08-2023, 09:35

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1,3 milyon insan siqaret tüstüsünün passiv inhalyasiyası nəticəsində ölür. 

AZİNFORM.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə ÜST-nin saytında dərc olunmuş hesabatda deyilir.

Müəlliflər yazır: "Hər il təxminən 1,3 milyon insan siqaret tüstüsünün təsirindən ölür".

Qeyd olunur ki, bu ölümlərin qarşısını almaq olar.

Aydınlaşdırılır ki, siqaret tüstüsünün passiv inhalyasiyası ürək-damar, tənəffüs, onkoloji xəstəliklər, insult və 2-ci tip şəkərli diabetdən ölüm riski yaradır.

Təşkilat vurğulayıb ki, bütün dünya ölkələrinin “ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanı var”.  /lent.az/





up