Müharibə Veteranlarının cərimələri silinsin - Vüqar İsgəndərov
13-06-2023, 12:13

Müharibə veteranları avtomobilərlə bağlı bu günə qədər onlara gələn cərimələrə amnistiya verilməsini xahiş edir.

AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar İsgəndərov bildirib.

O, qeyd edib ki, II Qarabağ müharibəsi veteranları onlara verilən avtomobilərin cərimələrini  illərlə ödəmədikləri üçün borc çoxalaraq, 67 min manata çatıb. Onun sözlərinə görə, veteranların mütləq əksəriyyəti cərimələri ödəmədiklərinə səbəb kimi, onlara gələn SMS-lərə fikir vermədiklərini, başlarının problemlərlə qarışdığını əsas gətiriblər.

“Veteranlarla bağlı təşkilatların rəhbərləri cərimələrin bundan sonra ödəniləcəyi ilə bağlı söz verib, buna nəzarət edəcəklərini deyiblər”.





up