Beynəlxalq analar günü hər il may ayının 2-ci bazar günü bütün dünyada sevinc və coşğuyla qeyd olunur.
AZİNFORM.AZ bildirir ki, Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar günü" may ayının ikinci bazar günü qeyd edilir. 9 ay bizi öz bətnində daşıyan, hər nazımızı çəkən analar, bütün bəşəriyyətin müqəddəs varlığıdır.
Hər bir uğurumuzun arxasında analarımızın təmiz və pak duaları dayanır. Bizi çətinliklərlə dünyaya gətirən analarımıza hörmət və sevgimizi göstərməkdən çəkinməməliyik. Analarımızı sevib xatırlamaq, onların və qadınlarımızın qeydinə qalmaq, bizim borcumuzdur.
AZİNFORM.AZ bütün analara qüvvətli, sağlıqlı ana olmalarını arzu edir. Əziz analar, bayramınız mübarək!