DİGƏR XƏBƏRLƏR
“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”.
AZİNFORM.AZ xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib.
“Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” - deputat bildirib. /qafqazinfo/