Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə biləcək
10-01-2023, 14:35

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

AZİNFORM.AZ bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər verir.

Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.





up