Bakıda bayram konserti və atəşfəşanlıq olacaq
6-11-2022, 22:11

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.

AZİNFORM.AZ xəbər verir ki, Milli Parkda yerləşən «Saat qülləsi» yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır.

Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 20.00-da isə atəşfəşanlığın olacağı bildirilib.





up