AZAL-ın təyyarəsi Bakıya çatmayıb və İstanbula qayıdıb
15-10-2022, 20:44

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İstanbul-Bakı marşrutu üzrə J2-076 reysini həyata keçirən təyyarənin kapitanı texniki səbəblərə görə (alın şüşəsində çatlaq)  hava limanına qayıtmaq qərarına gəlib.

Azinform.az xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına təhlükəsiz eniş edib.

Bu reysin sərnişinləri üçün Bakıdan daha bir təyyarə göndəriləcək.





up