Bakıdan Moskvaya uçan təyyarə texniki problemə görə GERİ QAYIDIB
10-07-2022, 11:38

Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZİNFORM.AZ bildirir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, “Airbus A340” təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.

AZİNFORM.AZ





up