Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb
26-08-2022, 09:06

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

QSC-nin Mətbuat xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.





up