Prezident İlham Əliyev: "Gürcüstan Azərbaycan üçün dost ölkədir"
26-05-2023, 16:04

"Gürcüstan bizim üçün vacib tərəfdaş, müttəfiq və dost ölkədir".

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubunda bildirilib.

"Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə və daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionumuzun təhlükəsizliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir", - məktubda vurğulanıb.






up