Deputat: “Baydenin Azərbaycanla bağlı bəyanatı dünyaya ciddi mesajdır”
21-05-2022, 13:11

“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda istər ikitərəfli münasibətlərin perspektivi, istər regional, istərsə də qlobal  müstəvidə əməkdaşlıq və təhlükəsziliyin təmin olunması ilə bağlı ciddi mesajlar var. Məktubda qeyd olunan fikirlər onu deməyə əsas verir ki, ABŞ azərbaycanın təkcə Qafqaz bölgəsi və Xəzər  hövzəsində deyil, beynəlxalq aləmdə oynadığı çox əhəmiyyəti rolu görür və bunu yüksək qiymətləndirir”.

 AZİNFORM.AZ xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə,  bunun üçün  AB. Prezidentin ünvanladığı məktubun ümumi məzmunun diqqət yetirmək lazımdır. “Məktubda təkcə ABŞ-Azərbaycan münasibətlərinin 30 illik dinamik inkişafına deyil, o cümlədən Qafqazda və Xəzər hövzəsində, eyni zamanda  beynəlxalq aləmdə Azərbaycanın dayanıqlı sülühün təmin olunması üçün təhlükəsizlik sahəsindəki töhfəsi xüsusi qeyd edilib”- o qeyd edib.

Deputat əlavə edib ki, Ağ Ev rəhbərinin  Azərbaycanın yeni dünya düzənində və dayanıqlı sülhün əldə edilməs istiqamətindəki səylərini də yüksək dəyərləndirib: “Baydenin  açıq tekstlə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasını, Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış kimi dəyərləndirməsi   və terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələr verməsi kimi  bəyanatlar səsləndirməsi  dünyaya ciddi bir mesajdır. Bu mesajı cənab Prezident İlham Əliyevin bu gün Azərbaycanın milli maraqlarına əsaslanaraq  qlobal dünyada çox mürəkkəb şəraitdə  yürütdüyü siyasətə verilən qiymət kimi dəyərləndirmək olar. 

Məktubda ikinci əsas məqam 44 günlük müharibədən sonra Azərbaycanın  Cənubi Qafqazda  formalaşdırdığı yeni geosiyasi reallığın  ABŞ tərəfindən qəbul edilməsi və bu reallığın  bölgədə davamlı sülhə nail olunmasına bəslənən ümiddir. Bu məsələyə də ABŞ lideri öz mövqeyini konkret və aydın formada beynəlxal aləmə mesaj verərək Azərbaycanın mövqeyini dəstəklədiyini ifadə edib.  Baydenin Cənubi Qafqazda davamlı sülhə nail olunmasında  Azərbaycan çox böyük ümidlər bəslədiyini və bu məqsədlə ABŞ-ın bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında əlaqələrinin qurulmasına kömək etməyə hazır olması da ciddi əhəmiyyət kəsb edir.  Çünki ABŞ bu məsələdə çox böyük imkanlara malikdir və bu potensilından istifadə edib, İrəvana təsir etməklə Azərbaycanla sülh sazişin imzalnmasına nail ola bilər. 

Ağ Ev rəhbərinin veridiyi növbəti ən ciddi mesaj isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin  ABŞ tərəfindən dəsətklənməsidir. Baydenin “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir” ifadəsi  indiki məqamda çox mühüm məsələdir. 

 Ümumiyyətlə məktubun mahiyyətinə diqqət yetisək görərik ki,  ABŞ yeni dünya düzənində Azərbaycanın ciddi bir aktor roluna böyük önəm verir və onun yürütdüyü siyasəti dəstəkləyir.  Bu eyni zamanda Ağ Evin bölgədə Azərbaycanın və onun lideri cənab İlham Əliyevin qlobal çağırışlara vaxtında çevik reaksiya verib, buna uyğun  yürütdüyü siyasətə verdiyi qiymətdir. Bu, Ağ Evin Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşdüyü üçün cənab Prezidentin yürütdüyü siyasətin, irəli sürdüyü təşəbbüslərin və cəhdlərin dünyanın supergüc dövlətləri tərəfindən dəstəklənməsi deməkdir. 

 Prezident Bayden məktubunda ABŞ qarşıdakı onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusunda olmasını bəyan etməsi isə dünyada və regionda baş verən proseslərin, mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır və Azərbaycanin müstəqil inkişafına, işıqlı və əldə edəcəyi uğurlara olan inamı ifadəsi kimi qiymətləndirilməlidir”.





up