Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu - FOTO
15-09-2022, 10:00

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət Qafqazinfo-ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi. /baku.ws/






up