Canəli Əkbərovun tələbəsi: "Universitetdə divarı dağıtdım, məni qovmadılar" - VİDEO
18-07-2022, 18:39

Xanəndə, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Pərviz Məmmədov özü barədə ARB- nin efirində maraqlı məlumat verib. 

AZİNFORM.AZ xəbər verir ki, həyatından danışan gənc xanəndə efirdə çəkisinin 100 kq olduğunu bildirib. Bu zaman aparıcı ona "Betona vursan, qırılarmı?", -deyə sual verib. 

Xanəndədən gözlənilməz cavab gəlib. O bildirib ki, bir dəfə Canəli Əkbərovla sinifdə olan zaman müəllimi ona belə bir təklif edib: "O zaman Canəli müəllim kafedra müdiri idi. Mənə dedi ki, bu sütuna bir dənə vursan, dağılar? Allah sahiddir, nətər vurdumsa, rəng qarışıq divar töküldü yerə. Mən universitetin fəxri idim deyə məni qovmadılar". 

Sosial şəbəkədə gənc ifaçının sözləri birmənalı qarşılanmayıb. /cebhe.info/

Videoya bax:





up