ARB televiziyasının efirində yayımlanan "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Ekbər vəsiyyət edib.
AZİNFORM.AZ xəbər verir ki, aparıcı canlı yayım zamanı "Mənə baş daşı qoymayın. Baş daşının üstündə çox ailələr dava salır. Özü də ölənin qırxı çıxmamış",- deyib.
O, baş daşı ilə bağlı insanların düşüncəsində yaranan fikrə də münasibət bildirib: "Bu qaydanı kim yazıb? Nə adətdir, mən başa düşə bilmirəm?! Ölənin qırxı çıxmamış ondan beş manat, bundan beş manat alıb baş daşı düzəltdirirlər. Neynirəm mən o daşı? Nəyimə lazımdı?" /cebhe.info/