Aparıcıdan evdən qaçan qadınlara SƏRT TƏPKİ: "Mürdəşir yusun üzlərini!" - VİDEO
3-07-2022, 17:25

Aparıcı Elgiz Əkbər ARB kanalında yayımlanan verilişində evdən qaçan qadınlara münasibət bildirib.

AZİNFORM.AZ xəbər verir ki, aparıcı heç bir problem olmadığı halda evi tərk edən qadınlara irad bildirib, eyni zamanda vurğulayıb ki, belə insanların cəmiyyətdə yeri yoxdur:

“Qadınlar evdən müxtəlif səbəblərdən qaçırlar. Bir qadın ona edilən zülmün əlindən qaçırsa, ona kömək etmək bizim borcumuzdur. Kefindən qaçanlar da var. Uşaqlar qalır həyat yoldaşında, "çömçə" kimi fırlanır. Görür ki, heç nə alınmır, iki-üç aydan sonra o adam da atır bunu, qalır ortada. Başlayır ki, mənim balalarımı verin, gəlir burada boynunu bükür. Elə adamlara bala vermək lazım deyil. Biz həmin insanları qapıdan qovuruq, elələri övladının üzünü də görməsin. Onlara ar olsun, mürdəşir yusun üzlərini! Bir insan ki, ərinin, atasının, anasının şərəf və ləyaqətini alçaldır, ona buna qoşulub, küçələrdə dolanır, sonra da gəlir ki, məni qəbul elə, o qadına bu cəmiyyətdə yer yoxdur. Belə insanlar qınanmalıdır. Həmin qadınları sevə-sevə qınayıram, ayıb olsun”.





up