Mahsun Kırmızıgüldən İLLƏR SONRA YENİ Serial - VİDEO
5-12-2023, 23:38

Müğənni Mahsun Kırmızıgül uzun illərdən sonra serial çəkməyə hazırlaşır.  Kanal D-də yayımlanacaq serialın başrolunda Halil Ergün rol alacaq.
AZİNFORM.AZ bildirir ki, müğənni və aktyor Mahsun Kırmızıgül serial çəkməyə hazırlaşır. Kırmızıgülün Murat Tokatla ortaq olduğu Siz Filmin yeni serialının adı 'Gözəl Atlar Diyarı' olacaq.
Serialın aktyor heyətinin ilk adı Halil Ergündür. İstanbul, Diyarbəkir, Qara dəniz və Kapadokyada baş tutacaq serialın çəkilişləri yaxın vaxtlarda başlayacaq. Kanal D-də yayımlanacaq serialın quruluşçu ortağı prodüser Fatih Aksoydur.

AZİNFORM.AZ





up