"Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasa aparsın?" - VİDEO
13-11-2023, 11:07

Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi bəzi qadınları “yıxıb-sürüyüb”.

Xanəndə azərbaycanlı kişilərin qeyrətli olduğunu bildirib:

"Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də artıq-əskik təkliflərini. Mən bütün azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar.

Həyatda məcburi heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, təqvalı, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər, amma çöldə qız, qadın görməsə, qoltuğuna pişiyi, çaqqalı vurub, harasa aparmayacaq. Əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran qadındır! 

Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasa aparsın?! Niyə axı sən özünü bu günə qoyursan?!

Mən bu cür qadınları qınamıram, onlara görə ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır?! 

Çətin yaşayın, amma qürurla yaşayın və özünüzdən muğayət olun!”





up